10 C
Baku
Tuesday, November 26, 2024

Hüquqşünas – Azersun Holding

Hüquqşünas

İş haqqında məlumat

• İddia ərizələrini və prezentasiyalarının hazırlanması, onların təyinatı üzrə göndərilməsi və məhkəmə baxışından əvvəl araşdırmaların aparılması;
• Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə şirkət hüquqlarının və qanuni mənafelərinin qorunması;
• Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsi;
• Şirkətin iştirak etdiyi beynəlxalq arbitraj proseslərin sənədlərinin hazırlanması, bu sahədə müvafiq təşkilatlarla əlaqələrin yaradılması və lazımi işlərin görülməsi;
• Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, şirkətdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəyin verilməsi;
• Mahiyyətindən asılı olmayaraq, şirkətin tərəfdaşları ilə bağlanılan bütün növ əqdlərə hüquqi rəyin verilməsi.

Tələblər

• 25-35 yaş arasında olmalı;
• Ali hüquqi təhsil;
• Hüquq üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
• Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır.

İş şərtləri

Həftə içi 5 gün, saat 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Hüquqşünas” qeyd olunmalıdır) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər