18 C
Baku
Sunday, September 8, 2024

Hüquqşünas (Qafqaz Lizinq)

İŞÇININ VƏZIFƏSI:

• Məhkəməyə göndəriləcək sənədlərin Təşkilatın müvafiq struktur bölmələrindən təhvil alınması;
• Məhkəməyə təqdim olunması üçün bütün sənədlərin tam hazır vəziyyətə gətirilməsi;
• Sənədlər hazır olduqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət olunması;
• Məhkəmə işlərində Təşkilatın təmsil edilməsi;
• Məhkəmə qərarlarının icrasına nəzarət edilməsi;
• Hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

TƏLƏBLƏR:

• Ali hüquq təhsili;
• Hüquq sahəsində 1 ildən yuxarı iş təcrübəsi (məhkəmə qərarlarının icrası işində iş təcrübəsi olanlara üstünlük veriləcək);
• Azərbaycan dilini mükəmməl bilmək;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər