6 C
Baku
Sunday, December 15, 2024

Hüquqşünas – Rəvan Sığorta ASC

“Rəvan Sığorta” ASC hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri – Bakı şəhəri 
Yaş həddi – 21-35  
Təhsil – Ali 
Əlaqə nömrəsi: 012-448-33-11
İş təcrübəsi – 1 ildən yuxarı 
Email: [email protected]

İş barədə məlumat

1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək; 
2. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
3. Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
4. Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
5. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
6. Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək.

İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;

Namizədə tələblər

– Ali hüquq təhsili;
– Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik; 
– İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər