-1 C
Baku
Sunday, December 15, 2024

Hüseyn Hüseynov: “Azərbaycanda ifrat yoxsulluq göstəricisi yoxdur”

“Ölkədə ifrat yoxsulluq göstəricisi yoxdur”.

Banker.az xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Hüseyn Hüseynov bildirib ki, Azərbaycanda yalnız yoxsulluq göstəricisi var.

“Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən il dövlət başçısının digər Sərəncamı ilə Milli İnkişaf Prioritetləri də təsdiq olunub. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada qayıdış həmin sənədin əsas istiqamətlərindən biridir. Müəyyən dövlət proqramları qəbul olunub. Bunlar mərhələli şəkildə həyata keçiriləcək”, – o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər