2 C
Baku
Saturday, December 14, 2024

“Hyundai” ABŞ-da elektromobil istehsalına başlayacaq

“Hyundai Motor Group” konserninin sədri ABŞ-da elektrikli avtomobillərin istehsalına başlamaq planlarını açıqlayıb. Qeyd edək ki, Çin və Avropadan sonra dünyanın üçüncü ən böyük elektromobil bazarı ABŞ-dır.

Banker.az xəbər verir ki, “Elektrikli nəqliyyat vasitələrinin sayı 2040-cı ilə qədər artmağa davam edəcək. Hər şey plana uyğun gedir. Bu, gələn il olmayacaq, amma planda var”, – deyə sədr söyləyib.

Qeyd edək ki, ilk dəfədir ki, “Hyundai” rəsmi olaraq ABŞ-da elektromobil istehsalını işə salmaq planlarından danışır. Daha əvvəl şirkət bu bazara 7.4 milyard dollar sərmayə qoymaq istədiyini açıqlayıb.

Verilən məlumata görə, investisiyaların əhəmiyyətli hissəsi “Hyundai Motor” və “Kia”nın yerli istehsalının təşviqinə yönəldiləcək.

Son xəbərlər
Digər xəbərlər