18 C
Baku
Thursday, April 25, 2024

İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çox olub

“Azərbaycanla İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələri arasında çox sıx iqtisadi əməkdaşlıq mövcuddur, bu əlaqələr artan xətlə inkişaf etməkdədir”.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığına dair Daimi Komitəsinin 38-ci iclasında iştirakı zamanı azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla İƏT ölkələri ilə ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 55.4% artaraq, 7.7 mlrd. ABŞ dolları təşkil edib.

Nazir müavini əlavə edib ki, İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16.5% təşkil edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər