10 C
Baku
Friday, December 13, 2024

İƏT-ə üzv ölkələrin turist vizalarını asanlaşdırması təklif edilib

“İƏT ölkələri ilahi nemətlərlə zəngindir. Dünyanın enerji ehtiyatlarının böyük hissəsi İƏT ölkələrindədir”.

APA xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad deyib.

O bildirib ki, bu, bölgə ölkələri üçün misilsiz imkanlar yaradıb: “İƏT PA bizə hökumətlərimiz ilə birlikdə hərəkət etmək imkanı verib, İƏT ölkələrinin hədəflərinə nail olması üçün addımlar atmaq şansı yaradıb. İran İƏT-in əsas və nüfuzlu üzvü kimi fəal regional diplomatiyanı ön plana çıxarır. Üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da artırılmasına çağırırıq. Region xalqlarının maraqlarına cavab verən sazişlərin dəstəklənməsində üzv dövlətlərin parlamentlərinin rolu danılmazdır”.

Əli Nikzad region daxilində ticarətin liberallaşdırılması istiqamətində danışıqlar, üzv ölkələrə daha aşağı faizlərlə kreditlərin verilməsi, daha aşağı rüsumları tətbiq etməyə də çağırış edib.

O bildirib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında əlaqələrin inkişafı üçün də imkanlar yaradır: “Davamlı iqtisadi inkişaf üçün turizmin inkişaf etdirilməsi əsas şərtdir. Üzv ölkələrə gələn turistlərə viza rejiminin asanlaşdırılmasını təklif edirik. İran özünə qarşı zalım təzyiqlərə baxmayaq, hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olub. İran qonşularla fəal əlaqələrin olmasını xarici siyasətində əsas prioritet hesab edir. Artıq pandemiyanın bitməsi üfüqlərdədir. Əminəm ki, bu konfrans pandemiyadan sonrakı dövr üçün fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olacaq”.

Əli Nikzad qeyd edib ki, iqtisadiyyatın bərpası bütün dünya ölkələrinin, beynəlxalq təşkilatların gündəmindədir: “İƏT parlamentləri arasında davamlı məsləhətləşmələrə ehtiyac var. Təklif edirəm ki, Assambleyanın Nizamnaməsinə uyğun olaraq, pandemiyadan sonrakı iqtisadiyyatın bərpası üçün İƏT PA dəstək komitəsi yaradaq. Təklif qəbul edilərsə, komitənin ilk iclasını İran parlamentində keçirməyə hazırıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər