“Azərbaycanda qeyri neft sektorunun ixrac potensialı sürətlə artır”.
Banker.az xəbər verir ki, bu haqda İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib.
“Bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27.1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40.1%-lik artıma nail olunub.
Nazir bildirib ki, Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14.8% təşkil edib. İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir”.