17 C
Baku
Monday, May 13, 2024

İaşə obyektlərində xidmət göstərən fiziki şəxslərə vergi tətbiq edilirmi?

İaşə obyektlərində xidmət göstərən fiziki şəxslərin vergi öhdəliyi nədən ibarətdir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Buna əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.

Vergi Məcəlləsinə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəyir.

Qeyd olunan şəxslər tərəfindən Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) minimum aylıq əməkhaqqının 3 faizinin – 2,0 əmsalı (345 x 3% x 2 = 20,7 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı və minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödənilməlidir.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergiödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir. Elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər