15 C
Baku
Saturday, April 20, 2024

İBAN nədir və onun üstünlükləri haqqında

1. İBAN nədir?

Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir.

2. Azərbaycanda İBAN-ın strukturu necədir?

Azərbaycan Respublikasında İBAN-ın strukturu aşağıdakı formadadır:

inab

3. İBAN-ın üstünlükləri nədir?

İBAN strukturu vəsaiti göndərən bankda vəsaiti alan bankın müştərisinin hesabının doğruluğunu yoxlamağa imkan verməklə əməliyyat risklərini minimallaşdırıcaq, banklalarası hesablaşmalar zamanı vəsaitlərin son istifadəçiyə çatdırılmasını sürətləndirəcək, hesablaşmalarda avtomatik emal əmsalının (STP) yüksəldilməsini təmin edəcəkdir.

4. İBAN hansı hesablara tətbiq ediləcək?

İBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən bütün bank hesablarına tətbiq edilməlidir. Maliyyə institutları daxili siyasətlərindən asılı olaraq digər hesablarına da İBAN tətbiq edə bilərlər.

5. İBAN barədə haradan ətraflı məlumat əldə etmək olar?

Mərkəzi Bankın internet saytının “Ödəniş sistemləri” bölməsində “İBAN” başlığı altında bu barədə ətraflı materiallar, o cümlədən “Standart bank hesab nömrəsinə (İBAN) keçid üzrə Metodoloji Rəhbərlik” və “Azərbaycan Respublikasında standart bank hesab nömrəsinin (İBAN) istifadəsi Qaydaları”nın layihəsi yerləşdirilmişdir.

6. İBAN qəbul edildikdən sonra köhnə hesab nömrəsindən istifadə mümkündürmü?

İBAN-a tam keçid müəyyən edildikdən sonra köhnə hesab nömrəsi əks olunan ödəniş sənədləri maliyyə institutları tərəfindən icraya qəbul edilməməlidir.

7. İBAN-ın istifadəsinə nə zaman başlanacaqdır?

01.02.2012-ci il tarixindən İBAN-dan istifadəyə başlanılacaqdır.

8. Azərbaycanda İBAN-a tam keçid nə vaxt planlaşdırılır?

İBAN-a tam keçid 03.09.2012-ci il tarixində planlaşdırılır.

9. İBAN-a keçid dövründə maliyyə institutları nə etməlidir?

İBAN-a keçidlə bağlı maliyyə institutları aşağıdakıları etməlidir:

  • daxili informasiya sistemlərində müvafiq təkmilləşdirmələr aparmaq;
  • müştərilərin mövcud hesab nömrələrini İBAN strukturuna dəyişdirmək və və müştəriləri bu barədə məlumatlandırmaq;
  • müştərilərlə bağlanmış bank hesab müqaviləsinə dəyişikliklər etmək;
  • müştərilər üçün nəzərdə tutulmuş hesabdan çıxarışlarda İBAN strukturlu hesab nömrəsini göstərmək;
  • İBAN strukturlu hesab nömrələri ilə bağlı aidiyyatı dövlət orqanlarını məlumatlandırmaq.
10. İBAN-a keçid dövründə müştərilər nə etməlidir?

İBAN-a keçidlə bağlı müştərilər aşağıdakıları etməlidir:

  • İBAN strukturlu hesab nömrələri haqqında tərəfdaşlarına məlumat vermək, müqavilələrdə yeni hesabın göstərilməsini təmin etmək;
  • tələb olunan tarixdən yalnız yeni hesablardan istifadə etmək.
11. İBAN-ın tətbiqi müştərilər üçün əlavə xərclər tələb edirmi?

Bank hesabı açılmış müştərilərdən İBAN tətbiqi ilə əlaqədar əlavə xidmət haqqı tutulmur.

Son xəbərlər
Digər xəbərlər