1 C
Baku
Saturday, December 14, 2024

İbrət alacağımız tarixçələr

Biz sizə müxtəlif insanların həyatlarında baş vermiş kiçik hadisələri təqdim edirik:

1 . Bu yaxınlarda mənim dostum vəfat etdi. O hərbidə xidmət edirdi, öz Vətəni uğrunda döyüşlərdə iştirak etmişdi və bir neçə həftə əvvəl onu sərxoş avtomobil sürücüsü vurdu.

2 . Bu gün mən əlində “Mənə öz gülüşünüzü bəxş edin” yazısı əks olunmuş karton tutan bir dilənçi gördüm. Adətən dilənçilərin əllərində “Mənə pul verin “ yazısına rast gəlirdim.

3 . Bu gün mən on üç yaşlı qardaşımla valideynlərimizin bu yaxınlarda boşanmaqları barəsində söhbət edirdim. Mən ondan soruşdum: “Valideynlərimizin bir-birilərini daha sevməmələrinə kədərlənirsənmi?” O cavab verdi: “ Mən düşünürəm ki, onlar bir yerdə olmayanda bir-birilərini daha çox sevirlər”.

4 . Bu gün rok konsertdə mən təxminən səksən yaşlarında olan bir qadın gördüm. O, əylənirdi, rəqs edirdi, sanki onun on səkkiz yaşı var idi.

5 . Bu gün küçədə tamamilə yad bir insan əlini mənim çiynimə qoyaraq dedi: “Sən olmasaydın, dünyanın tamamilə fərqli olacağını təsəvvür edə bilirsənmi?”

6 . Bu gün mənim 85 yaşlı qonşum mənim evimin yanındakı pis yollardan şikayətləndiyimi eşitdi və fikirləşərək dedi: “ Bu yol pisdirmi? Mən cavan olanda bu yollar zəmindən idi”.

7 . Ad günümdə mən içində keçən həftə itirdiyim pul kisəsi olan bir zərf aldım. Pullarım, sənədlərim – hamısı yerində idi. Və zərfin içində belə bir yazı var idi: “Ad günün mübarək!”

8 . Bu gün mən “Sənədlər üçün şəkil” növbəsində durarkən 90 yaşlı bir qadınla qarşılaşdım. Qadına xarici pasport üçün şəkil lazım idi. Çünki o, öz 91 yaşını Afrika safarisində iştirak edərək qeyd etmək istəyirdi.

9 . Bir gün mən həyat yoldaşımdan bir məktub aldım. O başqa ölkədə xidmət göstərirdi. Məktubda deyilirdi: “ Mən sənin üçün darıxmıram. Mən bizim üçün darıxıram”.

10 . Mənim 22 yaşım var və bu yaxınlarda mən heç bir zaman uşaq sahibi ola bilməyəcəyimi öyrəndim. Öncələr mən ana olmaq istəmədiyimi deyirdim. Lakin indi hər dəfə mağazalarda uşaq paltarları, oyuncaqları görəndə göz yaşlarımı saxlaya bilmirəm. Çünki artıq mənim seçim haqqım yoxdur.

11 .Bu gün mən və mənim oğlum möhkəm yağışa düşdük. Biz artıq tamamilə yaş olacağımızı gözləyirdik, lakin qəflətən yanımızdan keçən avtomobildən bir nəfər bizə çətir uzatdı.

12 . Bü gün mən oğlumu məktəbə yola salırdım və təsadüfən öz sinif yoldaşımla qarşılaşdım. Məktəb vaxtı mən daim onu məsxərəyə qoyardım. Məni görərək sinif yoldaşım çox sevindi, məni qucaqladı və çox yaxşı göründüyümü söylədi.

13 . Bu gün mən yolda gülməli bir hal ilə qarşılaşdım. Avtomobil sürücüsü pəncərədən zibil qutusunu küçəyə atdı, onun arxası ilə gələn motosiklist isə həmin zibil qutusunu qaldırdı. Növbəti dayanacaqda motosiklist avtomobilin şüşəsini döyərək sürücüyə zibili qaytardı.

Son xəbərlər
Digər xəbərlər