6 C
Baku
Monday, December 16, 2024

İcarə haqqı zamanı bağlanan müqavilənin önəmi

Bir çox hallarda belə problem yaşanır ki, obyekti icarəyə verən şəxs kiçik detallara nəzər yetirmir. Sonradan bu icarədar üçün, həm də icarəçi üçün problemlərə çevrilir. Zaman-zaman vergi baxımdan da suallar ortaya suallar çıxır. Mən icarə müqaviləsi bağlamışam istəyirəm kommunal xərcləri, icarə üçün çəkdiyim icarə haqqı ilə əvəz edim. Bu halda vergi ödəyicisi kimi hansı addımlar atılmalıdır? Göründüyü kimi şəxs artıq müqavilə bağlayıb, amma onun detallarında kommunal xərclərlə bağlı qeyd etməyib. Əgər kommunal xərclərlə bağlı bir bənd olsa idi, o asanlıqla bu işi görə bilərdi. Vergi Xidməti orqanı bununla bağlı qeyd edir ki, İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir. Göründüyü kimi uçot məsələsində də, icarə müqaviləsində qeydlər önəm kəsb edir.

Qeyd: Ailə üzvlərinin birinin adına (atanın) adına qeyri yaşayış sahəsi var (qarac). Oğul oranı bərbərxana etmək istəyir. Bu halda ata ilə oğul arasında icarə müqavilə bağlanılmalıdırmı? Əlbətə bağlanmalıdır. Çünki obyekt ailə üzvlərinin ümumi mülki sayılmır. Bir adama məxsus olduğu görünür. Belə halda bazar qiyməti nəzərə alınır.

Göründüyü kimi icarə müqaviləsi ailə üzvlərinin iş qurması baxımında, əsas rol oynayır. Bu baxımdan da, icarə müqaviləsi zamanı öz qeydlərinizdə diqqətli olun.

Rauf Qarayev, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər