21 C
Baku
Monday, April 29, 2024

İcarəyə götürdüyü texnikaları satan şəxsə ağır cəza verilib

Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük maşınlarını dələduzluq yolu ilə ələ keçirərək metal qırıntısı kimi satmaqda ittiham edilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İttihama görə, təqsirləndirilən şəxs və atası Xətai rayonunda yerləşən yük maşınlarının icarəsi və lizinqi ilə məşğul olan şirkətdə işləyiblər. Şirkət özünə məxsus müxtəlif kran, ekskovator və digər texnikaları icarəyə və lizinqə verir. V.İsmayılov maddi vəziyyəti yaxşı olmadığı üçün şirkətdən 1 ədəd qaldırıcı kran və 1 ədəd ekskavator icarəyə götürüb.

O, 110 min manatlıq (80 min manat eskavator, 30 min manat kıran) həmin texnikaları Goranboy rayonuna aparıb, metal qırıntısı kimi 27 min manata satıb.

V.İsmayılov başqa bir şirkətdən eyni metodla 5 min 500 manat dəyərində MAZ markalı su maşınını icarəyə götürmək adı ilə ələ keçirərək metal kimi 5 min manata satıb. O, əldə etdiyi pulları şəxsi mənafeyinə sərf edib.

Cinayət işi üzrə ümumilikdə dəymiş ziyan 115 min manat hesablanıb.

Təqsirləndirilən şəxs barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, ziyanı ödəməsinə şərait yaradılıb. V.ismayılov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.

Bu günlərdə iş üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən Vasif İsmayılov külli miqdarda dələduzluqda təqsirli bilinərək 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib, məhkəmə zalında həbs edilib.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər