16 C
Baku
Sunday, April 28, 2024

İcarəyə verilməsi üçün 8 obyekt müsabiqəyə çıxarılıb – Start qiyməti 14 manatla 43 manat arası

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 8 obyekt çıxarılıb. Obyektlərin start icarə qiyməti 14 manatla 43 manat arasında dəyişir. 

Banker.az xəbər verir ki, budəfəki müsabiqəyə çıxarılan 8 obyekt Şamaxı, Oğuz, Neftçala və Saatlı rayonlarında yerləşir.

Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 14,1 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.   

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 6 iyun 2023-cü il tarixinədək müraciət edə bilərlər. 

İcarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir. Bu kateqoriyadan olan biznes sahibləri əldə edəcəkləri qeyri-yaşayış sahələrində müxtəlif ticarət təyinatlı işləri həyata keçirə bilərlər. Bu obyektlər xidmət (ofis, bərbərxana, gözəllik salonu, məişət əşyalarının təmiri, dərzi və s.), istehsal (yarımfabrikatlar, məhsullun qablaşdırılması, kiçik istehsal avadanlıqları, şirniyyat və un məmulatları, meyvə və tərəvəz emalı sahəsi və s.) sahələri üçün də uyğundur.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti, şəkilləri və məlumatlarla https://clck.ru/34Ncgc linki vasitəsilə tanış olmaq mümkündür.

Məlumat üçün bildiririk ki, dövlətin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi digər şəhər və rayonlarda da davam etdiriləcək. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) əvvəlcədən yerləşdiriləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər