-3 C
Baku
Sunday, December 15, 2024

İcbari avto-məsuliyyət sığortası üzrə sürücüləri gözləyən yeniliklər

18.12.2015-ci il tarixdə qəbul edilmiş və 01.01.2016-cı il tarixdən qüvvəyə minmiş qanunla “İcbari sığortalar haqqında” Qanuna əlavələr edilmiş, sığorta nəzarəti orqanı tərəfindən müəyyən ediləcək qaydalara əsasən icbari avto-məsuliyyət sığortası üzrə beynəlxalq sığorta təcrübəsinin tətbiqi nəzərdə tutuldu.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 29.06.2022-ci il tarixli qərarı ilə həmin qaydalar təsdiqlənmiş və 01.11.2022-ci il tarixindən sonra müvafiq tənzimləmənin tətbiq edilməsi göstərilmişdir.

Bu sığorta növü üzrə qanunda nəzərdə tutulan yenilikləri təqdim edirik.

– 02.11.2022-ci il tarixdən əvvəl baş vermiş hadisələrə bu qaydalar şamil edilməyəcək

– Qaydalara görə yol-nəqliyyat hadisəsi zamanı yalnız 2 avtomobilin iştirakı ilə hadisə baş vermiş olmalıdır. Hadisədə üç avtomobil iştirak edirsə, sağlamlığa xəsarət dəyərsə, 2 avtomobil və başqa əmlaka zərər dəyərsə, bu qaydalar tətbiq edilmir.

– Hadisədə iştirak edən hər iki nəqliyyat vasitəsi üzrə icbari avto-məsuliyyət sığortası qüvvədə olmalıdır. Əks halda zərərçəkmişin belə sığortası olmadıqda, bu qaydaların tətbiqi istisna edilir.

– Hər bir şərt ödənildiyi halda hadisə zamanı zərərçəkən şəxsin icbari avto-məsuliyyət sığortası üzrə sığorta şirkəti zərəri aradan qaldırmaq öhdəliyi daşıyacaq.

Digər hallarda hadisə ilə əlaqədar zərərin əvəzinin ödənilməsi vəzifəsi zərərvuran şəxsin mülki məsuliyyətini sığortalamış sığortaçıda qalmaqdadır. Onu da qeyd edək ki, mövcud qaydalara əsasən sığorta şirkətləri arasında kollektiv saziş bağlanmalıdır. Bütün qarşılıqlı tənzimləmələr həmin kollektiv sazişdə göstərildikdən sonra bu qaydaların tətbiqinə başlanacaqdır.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər