6 C
Baku
Tuesday, December 24, 2024

İcbari avtosığorta bazarı qazanclı biznesə çevrilir

Azərbaycanda icbari avtosığorta bazarı bu il daha da sürətlə böyüyür.

Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin yanvar-aprel ayları üzrə icmal göstəricilərinə istinadən xəbər verir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqları 48.17 mln. manat olduğu halda, yığımların həcmi 30.63 mln. manat olub.

Bu da yığımlarının illik 61%, sığorta ödənişlərinin isə 6% artımı deməkdir.

Sığorta şirkətləri üçün ötən il ödənişlər ilə yığımlar arasındakə fərqin azalması zərərli və ya mənfəətli olmayan bazar halına gəlmişdi. Mərkəzi Bankın 2022-ci ilin son rübündə bazara müdaxiləsi və yeni qaydalarından sonra bazarda canlanma var. Məsələn, icbari avtosığorta üzrə ötən il sığorta haqları ilə ödənişlərdən yalnız 1.07 mln. manat fərq var idi. Cari ilin eyni dövründə bu rəqəm artıq 17.54 mln. manata yüksəlib.

Mərkəzi Bankın yeni qaydasına görə hadisə zamanı zərər görmüş sürücüyə sığorta ödənişini qarşı tərəfin deyil, özünün seçəcəyi sığorta şirikət qarşılayacaq. Sığorta müqvilələri imzalanarkən sürücünün təcrübəsi və onun tarixçəsindəki sığorta hadisələrindən aslı olaraq əmsallar tətbiq edilir.

456456456

Son xəbərlər
Digər xəbərlər