8 C
Baku
Monday, November 18, 2024

İcbari avtosığorta üzrə yığımlar yüksəlir, şirkətlər üçün mənfəətlilik artır

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) üzrə sığorta haqları artımı sığorta şirkətləri üçün bir qədər də qazanclı edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin ilk 10 ayında icbari avtosığorta üzrə yığımların həcmi illik müqayisədə 48 faiz artaraq 135.08 milyon manat təşkil edib. Bununla belə, şirkətlər 81.92 milyon manat cəmi sığorta ödənişi həyata keçiriblər ki, ötən ildən cəmi 8 faiz çoxdur.

Sığorta şirkətləri 2022-ci ilin müvafiq dövründə sığorta haqları ilə sığorta ödənişləri fərqində 15.53 mln. manat cəmi fərq qaldığı halda, cari ildə bu fərq 53.17 mln. manat olub. Bu da o deməkdir ki, icbari avtosığorta onlar üçün sərfəli biznesə çevrilib.

Mərkəzi Bankın 2022-ci ilin sonuncu rübündən tətbiq etdiyi qaydasına görə hadisə zamanı zərər görmüş sürücüyə sığorta ödənişini qarşı tərəfin deyil, özünün seçəcəyi sığorta şirkət qarşılayacaq. Sığorta müqvilələri imzalanarkən sürücünün təcrübəsi və onun tarixçəsindəki sığorta hadisələrindən aslı olaraq əmsallar tətbiq edilir.     

Son xəbərlər
Digər xəbərlər