10 C
Baku
Thursday, December 12, 2024

“İcbari Həyat sığortası” məhsulu haqqında bütün məlumatlar bir portalda!

®Artıq “İcbari Həyat Sığortası” ilə bağlı bütün məlumatları bir platformadan əldə edəcəksiniz. Sualınız yarandığı təqdirdə isə “Sizə zəng edək?” düyməsinə sıxaraq və ya özünüz zəng edərək “PAŞA Həyat” əməkdaşlarından istənilən məlumatı ala bilərsiniz.

Yaradılan bu platformada (İcbari Həyat Sığortası (pasha-life.az) ) “PAŞA Həyat”ın  hazırladığı bir neçə izahedici video sizə “İcbari Sığorta Bürosu”nun platformasında qarşılaşa biləcəyiniz addımları aydın edəcək.

Nəzərinizə çatdıraq ki, bu sığorta növü ilə işəgötürənlər özlərinin və işçilərinin həyatını sığortalayır və bu sığorta növünün nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindədir. 

İcbari Həyat sığortasının (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) olmadığı təqdirdə isə cərimələnmə mexanizmi tətbiq olunur. 

Məhsul haqqında ətraflı məlumatı  (012) 942 nömrəsinə zəng vuraraq əldə edə və ya rəsmi saytdan (İcbari Həyat Sığortası (pasha-life.az)) müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər