9 C
Baku
Thursday, December 12, 2024

İcbari Sığorta Bürosu naxçıvanlılara müraciət edib

2011-ci ildən bəri İcbari Sığorta Bürosu (İSB) mülki məsuliyyəti sığortası olmayan avtonəqliyyat vasitəsi sahiblərinin vətəndaşların sağlamlığına vurduğu zərərə görə milyonlarla manat kompensasiya ödəyib, amma sığorta ödənişi alanların arasında Naxçıvan Muxtar Respublikasından bir nəfər belə olmayıb.

Bunu İSB-nin icraçı direktoru Rəşad Əhmədov bu gün Naxçıvan şəhərində keçirilən I Regional Sığorta Forumunda bildirib.

“Hazırda isə muxtar respublikada demək olar ki, bütün sığorta şirkətləri təmsil olunur. Vətəndaşlar son 13 ildə üzləşdikləri zərərlə bağlı sığorta şirkətlərinin xətti ilə İSB-yə müraciət edə, kompensasiya ala bilərlər”, – deyə o qeyd edib.

Bundan başqa, icraçı direktor deyib ki, Büroya daxil olan müraciətlərin 80%-i avtomobillərin icbari sığortası ilə bağlıdır.

“Ötən il vətəndaşlara təqribən 1.5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib. Bu da ümumilikdə 75-80 milyon manat sığorta ödənişi deməkdir”, – deyə R.Əhmədov əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər