18 C
Baku
Thursday, May 16, 2024

İcbari Sığorta Bürosuna məxsus  avtomobil satışa çıxarılır

İcbari Sığorta Bürosuna məxsus  avtomobil təkrar hərrac yolu ilə satışa çıxarılacaq.

Banker.az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə əmlakın satışı ilə bağlı təkrar hərrac açıq auksion qaydasında keçirilməklə  26 may 2023-cü il tarixi, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

S/N Marka və Modeli Buraxılış ili Dövlət nömrə nişanı  

Rəng

 

 

İlkin satış qiyməti (AZN-lə)

1 “LEXUS GS250”

(Sedan)

2014 99 AK 806  

32.500 (otuz iki min beş yüz)

 

Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.625  manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Eyni zamanda qeyd olunur ki, 500 manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac təşkilatçısının  hesabına ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları  aşağıdakı linkdən  əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/neqliyyat/avtomobiller/aciq-herracin-kecirilmesine-dair-615

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər