8 C
Baku
Thursday, March 28, 2024

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 4 vakant vəzifələr üzrə işçi axtarır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

1-  Mütəxəssis

Departament: Marketinq və ictimaiyyətlə əlaqələr
Şöbə: İctimaiyyətlə əlaqələr

Vəzifə öhdəlikləri:

• Press-relizlər, xəbərlər, məqalələr, müsahibələr və hesabatlar hazırlamaq;
• Materialları peşəkarcasına redaktə etmək;
• Mətnləri rus və ya ingilis dilinə peşəkarcasına tərcümə etmək;
• Mövzu üzrə informasiya toplamaq və onu təhlil etmək.

Vəzifə üçün tələblər:

• Ali təhsil (jurnalistika və filologiya təqdir olunur);
• Azərbaycan dilində səlis yazmaq və danışmaq;
• Rus və ya ingilis dilində səlis yazmaq və danışmaq;
• Microsoft Ofis proqramlarında işləmək bacarığı;
• İctimaiyyətlə əlaqələr sahəsində azı 3 il iş stajı.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Şöbə müdiri – Baş Mühasib

Departament: Maliyyə
Şöbə: Mühasibatlıq

Vəzifə öhdəlikləri:

• Dövlət büdcəsindən ayrılmış və büdcədən kənar vəsaitlərin təyinatı üzrə səmərəli istifadə edilməsi və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
• Müvafiq qanunvericiliyə uyğun olaraq aktiv və öhdəliklərin uçotunu həyata keçirmək, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyalarını aparmaq, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onların nəticələri üzrə köhnəlmiş və yararsız hala düşmüş inventarların silinməsi barədə rəhbərliyə təkliflər vermək;
• İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
• Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun təşkilini həyata   keçirmək;
• Dövlət orqanlarına hesabatları (vergi, DSMF, statistika) təqdim etmək;
• Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
• Bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlər görmək;
• Qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən maliyyə hesabatlarını hazırlamaq və muvafiq orqanlara göndərilməsi üçün rəhbərliyə təqdim etmək;
• Maliyyə, büdcə, ştat, kassa və qanunvericiliklə nəzərdə tutulmuş norma və intizamlara riayət etmək;

Vəzifə üçün tələblər:

• Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit);
• Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib vəzifəsində iş stajı;
• Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (İFRS) bilməli;
• İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
• MS Excel və 1C – in mükəmməl istifadəçisi olmalı;
• ACCA, CIMA imtahanlarında uğurla iştirak etmiş namizədlərə üstünlük veriləcək;
• İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Məsləhətçi
Departament: Maliyyə
Şöbə: İnvestisiya

Vəzifə öhdəlikləri:

• Sərbəst maliyyə vəsaitlərinin idarə edilməsi ilə bağlı əməliyyatları həyata keçirmək;
• Müəssisənin investisiya əməliyyatlarının aparılması qaydalarına əlavə və dəyişikliklər edilməsi prosesində iştirak etmək;
• Müəssisənin investisiya qoyuluşunun əsas istiqamətləri, investisiya strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi üzrə təkliflər hazırlamaq;
• Müəssisənin investisiya qoyuluşunun səmərəliliyinin artırılması məqsədilə tədbirlər görmək;
• Müəssisənin gələcək pul axınları (mədaxil və məxaric daxil olmaqla) nəzərə alınaraq investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı sərbəst maliyyə vəsaitlərini qiymətləndirmək;
• İnvestisiya qaydalarına əsasən investisiya siyasətinin əsas istiqamətlərini, prioritetlərini formalaşdırmaq və bu sahədə aidiyyəti təkliflər hazırlamaq;
• Fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və daxili sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Keçirilən hərracları izləmək və uyğun lotlarda iştirak üçün təkliflər hazırlamaq;
• İnvestisiya portfeli üzrə bazar risklərini araşdırmaq, iqtisadi təhlillər aparmaq və nəticələr haqqında müvafiq hesabatları hazırlamaq;
• İnvestisiya qərarlarının verilməsi üçün qiymətləndirmə modellərini və hesabatlarını hazırlamaq.

Vəzifə üçün tələblər:

• İqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil;
• İnvestisiya layihələri və proqramları üzrə 3 ildən az olmayan əmək stajı;
• İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
• İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
• Excel proqramını mükəmməl, digər Microsoft Office proqramlarını orta səviyyədə bilməli;
• CFA 1-ci səviyyə imtahanından keçmiş namizədlərə üstünlük veriləcəkdir.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Məsləhətçi, Departament: Maliyyə, Şöbə: İnvestisiya

İnformasiya Sistemlərinin idarəedilməsi üzrə mütəxəssis

Departament: İnformasiya texnologiyaları

Vəzifə öhdəlikləri:

• İnformasiya sistemlərinə aid olan istifadəçi sorğularını və ehtiyaclarını qəbul edilməsi, sistemdə olan səlahiyyət çərçivəsində, sistem istifadəçilərinin sorğularının həll edilməsi, lazım olan hallarda istifadəçi sorğularının birbaşa rəhbərinə yönəldilməsi;
• Texniki Tapşırıqlarının hazırlanması;
• İnformasiya sistemi vasitəsilə iş prossesinin avtomatlaşdırılması və effektivliyinin artırılması istiqamətində texniki tapşırıqların hazırlanması, və bütün departamentlərdə informasiya sisteminin işininin təmin edilməsi;
• Mövcud olan informasiya sistemlərinin dəstəklənməsi, sazlanması və modullarının tətbiqində iştirak;
• İnformasiya sistemlərinin icrası və tətbiqi üçün Agentlik əməkdaşları və Agentlik sistemlərindən istifadə edən kənar istifadəçilər üçün təlimlər keçirilməsi;
• Mövcud olan informasiya sistemlərinin təlimatlarının, istifadə və istismarı haqqında metodik və normativ materiallarının hazırlanması və texniki dəstəyinin təmin edilməsi.

Vəzifə üçün tələblər:

• Ali texniki təhsil;
• İnformasiya texnologiyaları, informasiya prosesləri;
• Microsoft Office proqram paketi ilə professional işləmək bacarığı;
• Dil bilikləri – Azərbaycan, rus dillərinin bilikləri, ingilis dilinin əsas bilikləri;
• 2-3 il bu sahədə iş təcrübəsi.

Bacarıqlar:

• Təşəbbüskarlıq;
• Ünsiyyət qurma bacarığı;
• Dəqiqlik;
• Operativlik;
• Problemli halları həll etmək bacarığı;
• Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər