17 C
Baku
Friday, May 3, 2024

İcra başçısına xanım müavin təyin edildi

Saatlı Rayon İcra Hakimiyyətində vakant qalan başçının müavini vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, icra başçısı Elmir Bağırovun əmri ilə Mehriban Ağayeva Bəybala qızı başçının müavini və eləcə də ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Bunla belə, hazırda icra bacısının birinci müavini vəzifəsi hələ də vakantdır.

Mehriban Ağayeva buna qədər başçının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi idi.

Qeyd edək ki, Elmir Bağırov Azərbaycan Prezidentinin 24 avqust 2020-ci il tarixli sərəncamı ilə Saatlı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər