9 C
Baku
Friday, December 13, 2024

İcra başçısının vəzifədən azad olunmasına bu videonun səbəb olduğu deyilir

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov vəzifəsindən azad edilib.

Dünən AzTV Nizami rayonunda “Bizim həyət” layihəsi çərçivəsində aparılan abadlaşdırılma işləri ilə bağlı qanunsuzluq faktlarından bəhs edən süjet hazırlamışdı.

Sejetdə vurğulanırdı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində 7 çoxmərtəbəli binanı əhatə edən abadlaşdırılmış həyət istifadəyə verilib. Lakin bir müddət sonra sakinlərin vaxtlarının səmərəli təşkili üçün abadlaşdırılan həyətin ot örtüklərinin üzərində obyeklər peyda olmağa başlayıb. Bu isə vətəndaşların hüququndan sui-istifadə etmək deməkdir.

Həmin süjeti təqdim edirik:

MənbəBaku Post
Son xəbərlər
Digər xəbərlər