Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyi “MSDİS Holding” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xırdalan şəhərində abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 1 362 483 manatdır.
Xatırladaq ki, “MSDİS Holding” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Holding-in nizamnamə kapitalı 2 572 500 manatdır və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir.