15 C
Baku
Friday, April 26, 2024

İcra Hakimiyyəti “İmişli Şəkər Zavodu”da yaranmış iş fasiləsi ilə bağlı açıqlama verib

İmişli Şəkər Zavodunda cari təmirlə bağlı yaranmış iş fasiləsi aradan qaldırılaraq işçilər yenidən işlə təmin olunub.

İmişli icra Hakimiyyətindən verilən məlumata görə, hazırda İmişli Şəkər Zavodunda işdən çıxarıldığı deyilən işçilərlə zavod arasında yaranmış narazılıq aradan qaldırılıb və zavod gündəlik iş fəaliyyətini davam etdirir.

Qeyd edək ki, İmişli Şəkər Zavodu Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir. Zavodda 1400 nəfər çalışır.

©Qafqazinfo

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər