16 C
Baku
Thursday, April 25, 2024

İcra Hakimiyyəti milyon manatlıq satınalmalar həyata keçirən şirkəti seçdi – 6 milyonluq müqavilə

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi “İnpeks.N” MMC ilə 5 milyon 541 min 021 manat məbləğində 5 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, birinci müqavilədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları,xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına Abadlıq İşləri satınalınması nəzərdə tutulub. 13 mart 2019-cu il tarixində açıq tender keçirilib və müqavilə bağlanıb. Müqavilənin məbləği 149 min 799 manatdır.

2-ci müqavilə isə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları,xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına Kommunal kommunikasiya xərcləri satınalınması nəzərdə tutulub və müqavilənin məbləği 1 066 881 manatdır.

3-cü müqavilədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına avadanlıqların alınması satınalınmasına 329 min 423 manat ayrılıb.

4-cü müqavilə isə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları,uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına digər maşın və avadanlıqlar satınalınmasına 1 544 932 manat nəzərdə tutulub.

5-ci müqavilədə  İdarənin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları ,uşaq bağçaları və uşaq evlərində yumşaq inventarların satınalınması nəzərdə tutulub. Müqavilənin məbləği 2 449 986 manatdır.

Qeyd edək ki, sözügedən şirkət indiyədək  dövlət tenderlərini ən çox qazanan biznes strukturdur. Bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər