3 C
Baku
Saturday, December 14, 2024

İcra şöbəsinin Aparıcı Mütəxəssisi -Bank BTB ASC

Bank “BTB” ASC Problemli kreditlər departamenti, İcra şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə  işə qəbul elan edir.

İcra şöbəsinin Aparıcı Mütəxəssisi

İş barədə məlumat:

• Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının öz səlahiyyətləri daxilində icrasını təmin etmək;
• Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim etmək;
• Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək;
• İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətlərinə sifarişlərin verilməsi və onlar tərəfindən obyektiv qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək;
• Banka ipoteka qoyulmuş və qətnamə ilə tutmaya  yönəldilmiş ipoteka predmetlərinin məhkəmə tərəfindən müəyyən edilmiş və ya sonradan icra məmurunun sifarişi əsasında qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satılması üçün ixtisaslaşdırılmış hərrac mərkəzləri tərəfindən açıq hərraca çıxarılması və satılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək.

Namizədə tələblər:

• ali hüquqi təhsil
• minimum 1 il hüquqi təcrübə
• analitik qabiliyyət
• idarəetmə qabiliyyəti
• səmərəli ünsiyyət qurma bacarığı
• işgüzar ünsiyyət etikası
• komandada işləmə qabiliyyəti
• tədqiqat apara bilmə bacarığı
• kompüterdə iş bacarığı
• yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
• məsuliyyət

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Iyul, 2016-cı il tarixinə qədər  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İcra şöbəsinin aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər