İcraçı direktor üçün “soyuq duş” effekti

0
Surfing

BİZNESİN MAHİYYƏTİ səhmdarların rifahını artırmaqdan ibarətdir. Artımın davamlılığı biznesin idarə etmə sistemini, uzunmüddətli hədəfləri olan komanda və bütün bunların başında duran CEO tələb edir. FordHewlett-Packard nəhənglərinə nəzər yetirək. 

Ford

Ford Motor Company şirkətinin təsisçisinin nəticəsi olan William Clay Ford (kiçik), Massaçusets Texnologiya İnstitutun nəzdində fəaliyyət göstərən menecment məktəbində təhsilini başa vurduqdan sonra magistr dərəcəsini almışdır. 1979-cu ildə gənc mütəxəssis Ford şirkətinə işə düzəlir. Satış, marketinq, maliyyə və tərtibat şöbəsində təcrübə qazandıqdan sonra direktorlar şurasına daxil olur. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

1999-cu ildə Ford Motor Company şirkətinin baş icraçı direktoru vəzifəsinə Jack Nasser təyin edilir, o xərcləri “kəsmək” bacarığına görə Jack Bıçaq ləqəbini qazanmışdır. 

CEO kreslosunu tutan kimi Jack işçilərin sayını 24 min nəfərə qədər azaldaraq onları A, B, və C qrupları üzrə böldü. Əgər işçi iki il dalbadal “C” kateqoriyasında idisə, o işdən çıxarılırdı. 

Xərcləri azaltmaqla yanaşı, Nasser inqilabçı olmaq istəyib innovasiyaların tətbiqi sahəsində atasını ötüb keçmək qərarına gəlib. İlk iki ilində o, şirkətin avtomobil istehsalı sahəsini genişləndirərək, bütün səyləri internetin inkişafına yönəltdi. “Yüz il bundan əvvəl Henry Ford dünyanı təkərlərin üstünə qoydu, mən isə təkərləri internetin üstünə qoyacağam”, – Nasser qeyd edir. 

Nasser şirkətdə “şəxsiyyət dəbi” ni və onun şıltaqlığından asılı olaraq dəyişən qeyri-sabit idarəetmə strukturunu yaratdı. O, ənənəvi modelləri arxa planda qoyaraq premium seqmentə daha çox diqqət yetirməyə başladı (VolvoLand Rober). Bu cür inqilabi fəaliyyətin nəticəsi də “inqilabi” oldu: 2001-ci ildə şirkətin itkiləri 5,5 milyard dollar təşkil etmişdir. 

Henry Ford-un varisi olan William, “inqilabçı” ya öyüd-nəsihət vermək üçün bir neçə dəfə cəhd etdi, lakin Nasser buna heç bir məhəl qoymadı. 2001-ci ildə ailənin səbri tükəndi və William Clay Ford Nasser-i işdən çıxararaq, onun “Napoleon planları” nın hamısını ləğv etdi. Bir müddət sonra şirkət bütün diqqətini yenidən avtomobil istehsalı üzərində cəmləşdirdi. Üç il ərzində şirkətin rentabelliyi qalxdı və Ford müştərilərin gözündə yenidən “canlandı”. 

Hewlett-Packard

2002-ci ildə, şirkətin qurucularından biri olan William Hewlett-in ölümündən bir il sonra Compaq ComputerHewlett-Packard birləşməsi haqqında xəbər ortaya çıxdı. Bu, HP-nin baş icraçı direktorunun fikrincə, birləşmiş şirkəti kompüter sənayesinin liderinə çevirməli idi. Müqavilənin dəyəri 21 milyard dollar təşkil edirdi və Compaq Computer-in səhmdarlarının əksəriyyəti (90%) tərəfindən dəstəkləndi. Buna baxmayaraq, şirkətin varisləri – Walter Hewlett, David və Lucille Packard-ın fondu buna razı deyildilər. 

Münaqişə açıq forma aldı və qələbə qazanmaq üçün Carly Fiorina bütün investisiya səhmdar şirkətlərinə, hətta nisbətən kiçik portfelləri satan şirkətlərə zəng edərək təklif olunan birliyə səs verməyə təşviq etdi. Nəticədə, Fiorina çətinliklə də olsa üstünlük qazana bildi. 

Niyə jurnalistlər “əsrin müqaviləsi” nə mənfi münasibət bəslədilər? Səsvermə öncəsi çıxışında Hewlett şirkət səhmdarlarına xatırlatdı ki, kompüter sənayesində böyük birləşmə və satınalmalar əvvəllər heç vaxt gözlənilən nəticələr verməyərək, onların arxasında duran liderlərin eqosunu əks etdiriblər. 

O qeyd etdi ki, 1998-ci ildə CompaqDigital Equipment Corporation (DEC) şirkətlərinin birləşməsi səhmdarlara vəd edilmiş fayda gətirmədi və hazırda bu sövdələşmə zərərvericidir. 

Buna baxmayaraq, səhmdarların əksəriyyəti keçmiş uğursuzluqları kifayət qədər effektiv olmayan planlaşdırma ilə izah edən Fiorina-ya inandı. Nəticədə, 2015-ci ildə 70 illik tarixə malik olan korporasiya yenidən iki yerə parçalandı. 2001-ci ilin birləşməsi isə şirkətin yol verdiyi səhvlərdən biri kimi qiymətləndirilir. Qeyd edək ki, 2015-ci ildə korporasiya on il bundan əvvəl Walter Hewlett-in irəli sürdüyü ideyaya qayıtdı. 

Nəticələr

Səhmdarların rifahını formalaşdıran uğurlu biznes yaratmaq çətindir, lakin onu onilliklər boyu saxlamaq ondan da çətindir. Nə Jack Nasser, nə də Carly Fiorina savadlı idarəçi deyildi. 

Şirkətin dəyərini artırmaq üçün effektiv idarəetmə dedikdə, elm və incəsənətin birləşməsinə uyğun gəlir. Bu, savadlı və təcrübəli CEO, motivasiya və ambisiya dolu komanda tələb edir. Lakin direktorlar şurası da öz əhəmiyyətini unutmalı deyil. Səhmdar şirkətdə “can yandırmalı”, direktorlar şurasının üzvləri isə təcrübəsinə, xarakter gücünə və müdrikliyə görə CEO ilə eyni səviyyədə olmalıdırlar.