TƏLƏBLƏR:
– Ali hüquqi təhsil
– 3 il iş təcrübəsi
– Azərbaycan Respublikasının Bank Qanunvericiliyi bilgiləri
– Azərbaycan Respublikasının Qanunları və Qanunvericilik aktları barədə bilgilər
– Kompüter proqramlarında işləmə bacarığı
– Azərbaycan və rus dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı
İŞÇININ VƏZIFƏSI:
– Hüquqi xarakterli sənədlərin hazırlanmasının təmin edilməsi
– Məhkəmədə irəli sürülən iddialarla bağlı çıxarılan qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsi və bu tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi
– Banka daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
– Məhkəmə işlərinin nəticələrinin öyrənilməsi, ümumiləşdirilməsi, müqavilələrin bağlanması və icra təcrübəsinin təmin edilməsi
– Məhkəmə qərarlarının icrası məqsədilə icraçılarla işin, qiymətləndirici şirkət və hərraclarla əlaqələrin qurulması, bu proseslərin nəzarət altında saxlanılması və həll edilməsi üçün təkliflərin verilməsi
Əmək haqqı 600-800 AZN
Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə
Email: [email protected]
Telefon (012) 566 46 46 ; 932 218