9 C
Baku
Friday, December 27, 2024

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şirkətin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırıla bilərmi?

Şirkətimiz ictimai iaşə fəaliyyəti ilə məşğul olur və digər vergi ödəyicilərinə ketrinq xidmətləri göstərir. Şirkətin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinə əsasən, ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.

Bunlara əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi ödəyicilərinə xidmətlərin göstərilməsi ictimai iaşə fəaliyyəti göstərən müəssisənin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnu məhdudlaşdırmır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 218-ci maddələri ilə tənzimlənir.

Son xəbərlər
Digər xəbərlər