“Hazırda ictimai nəqliyyatda müəyyən məhdudlaşdırma ilə bağlı məsələlər müzakirə olunur”.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn mətbuat konfransında deyib.
Bildirib ki, Nazirlər Kabinetinə hadisələrin inkişafına uyğun fəaliyyət planları təqdim olunub: “Bu fəaliyyət planları ilə bağlı Operativ Qərargahın qərarı necə olacaqsa, ona uyğun da işlər həyata keçiriləcək”.
©Qafqazinfo