17 C
Baku
Friday, May 3, 2024

İctimaiyyətlə əlaqələr üzrə menecer (İcbari Sığorta Bürosu)

İŞÇININ VƏZIFƏSI:

– Büronun ictimaiyyətlə əlaqələr və reklam strategiyasının hazırlanması və həyata keçirilməsi;
– İctimaiyyətlə əlaqə kanallarının düzgün seçilməsi;
– İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılmasına birbaşa nəzarət;
– Büronun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması, internet səhifəsindəki məlumatların yenilənməsi;
– KİV üçün xəbər və məlumatların, rəsmi çıxışların hazırlanması;
– Büronun fəaliyyəti ilə bağlı müstəqil şəkildə təqdimat, press-relizlər, hesabatlar hazırlanması;
– Rəhbərliyin mətbuatda dərc olunan və Büronun fəaliyyətinə aid olan məlumatlarla təmin edilməsi (media monitorinq);
– Press konfrans və digər bu kimi ictimai tədbirlərin keçirilməsinin təşkili;
–  Reklam xarakterli mətnlərin hazırlanması
– İctimaiyyətlə əlaqələr və reklam büdcəsinin idarə edilməsində iştirak və s.

TƏLƏBLƏR:

– Ali təhsil
– Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə (yazılı və şifahi) bilmə;
– İctimaiyyətlə  əlaqələr sahəsində 2 -3  il iş təcrübəsi;
– Professional etik davranışları əsas tutmaq;
– MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı;
– Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması bacarığı;
– Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
–  Stress altında işləmək qabiliyyəti
– Kreativ düşünmə qabiliyyəti, yeni ideyalara malik olması və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 25.03.2015 – ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər