12 C
Baku
Sunday, November 24, 2024

İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis- Azretail MMC

Vəzifə –  İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis

İşəgötürən  – Azretail MMC (Araz Marketlər Şəbəkəsi)

Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək

Əsas vəzifə və öhdəliklər

• informasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
• mətbuatın monitorinqi;
• əsas əlaqələr, informasiya kanalları və s. üzrə məlumat bazasının  yaradılması;
• tədbirlərin təşkili,
• press-relizlərin hazırlanması
• PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması;
• dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
• PR xərcləri üzrə büdcəyə nəzarət.
• PR aksiyaların keçirilməsi və digər PR xarakterli işləri həyata keçirmək;
• Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq
• Keçirilən tədbirlərə ictimaiyyətin diqqətini cəlb etmək

Bilməlidir:

• KİV və digər vasitələrlə işləmə əsaslarını;
• PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini;
• PR kampaniyaların təşkili və həyata keçirilməsi metodlarını;
• KİV-in strukturu və funksiyalarını;
• Daxili korporativ PR və digər PR istiqamətlərinin əsaslarını;
• Reklam işinin əsaslarını bilməlidir.

Namizədə tələblər

• İctimai əlaqələr, jurnalist və ya filologiya sahəsində təhsil;
• Yaş həddi 25-35 yaş aralığı
• Minimal iş təcrübəsi 3 il.
• PR konsepsiyasının yaradılması təcrübəsi, müzakirə obyektinə çevriləcək hadisələrin yaradılması, PR tədbirlərinin həyata keçirilməsi;
• press-relizlər, məqalələr və  reklam daşıyıcıları üçün reklam mətninin hazırlamaq səriştəsi;
• Xoşagələn zahiri görünüş, əla kommunikasiya bacarıqları, məhdud zaman çərçivəsində əla yüksək nəticə göstərmək qabiliyyəti;
• Analitik düşüncə tərzi, böyük həcmlərdə informasiyanı qəbul etmək ,təhlil etmə bacarığı, istiqamət götürmək və bu informasiyanı öz işində effektiv istifadə edə bilmək;
• İngilis və rus dili biliklərinin olması arzuolunandır.

CV-nin son göndərilmə tarixi  20.09.2016.

Xahiş edirik, maraq göstərən şəxslər  öz CV-lərini “mövzu” yerinə “PR Mütəxəssis” sözünü qeyd etməklə [email protected]  elektron poçtuna göndərsinlər.

Son xəbərlər
Digər xəbərlər