6 C
Baku
Sunday, December 15, 2024

İdarə Heyətinin sədri “AGBank”ın bağlanmasına münasibət bildirib

“AGBank” ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov iqtisadçı Natiq Cəfərlinin bağlanma ehtimalı yüksək olan bankların sırasında adıçəkilən kredit təşkilatının adının çəkilməsinə münasibət bildirib.

Ə.Cəlilov bu informasiyaların şayiədən ibarət olduğunu qeyd edərək ekspertləri açıqlamalar verərkən bir qədər məsuliyyətli olmağa çağırıb.

İdarə Heyətinin sədri vurğulayıb ki, bank nəinki bağlanmaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək: “Biz hər kəsi – ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırkı fəaliyyəti ilə tanış ola bilərlər. Bankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Hazırda müştərimizin sayı 320 mindən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Bankın ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. “AGBank” tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11,3 mln. manat məbləğində ipoteka krediti verilib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər