1 C
Baku
Saturday, December 14, 2024

İdxal olunan pomidor toxumlarında zərərli orqanizm aşkarlandı

“Azilaqro” MMC  və “Azərbaycan Toxumçuluq Təsərrüfatı” MMC tərəfindən təsərrüfat faydalı sınaqların həyata keçirilməsi məqsədilə ölkəmizə idxal olunan “İstek” (50 qram)  və “Parola” (2.997 kq və 0.126 kq) sortu olan pomidor toxumlarından Agentlik müfəttişləri nümunələr götürərək ekspertiza və analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Müayinələr nəticəsində karantin tətbiq olunan zərərli orqanizm –  pomidor meyvələrinin qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş toxum partiyalarının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Toxum partiyaları məhv edilib.

16837199943 jpeg16837199941 jpeg16837199942 jpeg

Son xəbərlər
Digər xəbərlər