11 C
Baku
Monday, November 25, 2024

İdxal olunan qida və yem məhsulları AQTA tərəfindən təsdiq olunacaq

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunla bağlı qida və yem məhsullarının idxalçılarına müraciət edib.

Yeni qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən heyvan və bitki mənşəli qida və yem məhsullarının ölkəyə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciətləri əsasında Agentlik tərəfindən 30 iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” Qanununa uyğun olaraq təsdiq ediləcək.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, qida və yem məhsullarının idxalçıları qanundan irəli gələn tələblərlə əlaqədar əməkdaşlıq etdikləri xarici ölkələrdəki qida və yem məhsullarının istehsal və emalını həyata keçirən müəssisələri məlumatlandırmalı, qeydiyyat və təsdiq üçün Agentliyə müraciət etməlidirlər.

 

Son xəbərlər
Digər xəbərlər