İdxal malını əvəz edən yerli məhsulun istehsalına münasibətdə vergi güzəşti nəzərdə tutulurmu?
Banker.az “Dövlət Vergi Xidməti”nə istinadən xəbər verir ki, Vergi Məcəllləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, siyahısı müvafiq icra hamiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş, idxal mallarının yerli istehsal malları ilə əvəz edəcək qida məhsulların istehsalını həyata keçirən hüquqi və fiziki şəxslər müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə əldə etdikləri mənfəətin 50%-i mənfəət vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisinin torpaqlara görə torpaq vergisini ödəməkdən azadddırlar.
Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı təsdiq edildikdən sonra, həmin siyahıda makaron məhsulları nəzərdə tutulduğu halda müəssənizə müvafiq vergi güzəştləri tətbiq olunacaq.