17 C
Baku
Saturday, April 26, 2025

IEA: 2025-ci ildə neft ucuzlaşmağa davam edəcək

Neftin qiyməti 2025-ci ildə də ucuzlaşa bilər, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol xəbərdarlıq edib, “Bloomberg” yazır.

O, proqnozunu istehsal həcminin artdığı, lakin əvvəlki kimi tələbin Çin iqtisadiyyatının yavaşlayan artım tempi ilə ləngiməsi ilə əsaslandırıb. Birol vurğulyıb ki, IEA əsasən Çində baş verənlərdən qaynaqlanan bazarlarda tələbin yavaş artımını görür.

Nəşr xatırladıb ki, 2024-cü ildə IEA neftə qlobal tələbatın azalacağını proqnozlaşdırdığı üçün Amerika respublikaçıları tərəfindən tənqid edilib. Həmin vaxt agentlik təmiz enerjiyə həddindən artıq diqqət ayırmaqda ittiham olunub.

Martın əvvəlində “Saudi Aramco”nun baş direktoru Amin Nasser 2025-ci ildə orta gündəlik qlobal neft istehlakının rekord həddə çatacağını proqnozlaşdırmışdı. Sonra bu dinamikanın əsas hərəkətverici qüvvəsi Asiya-Sakit Okean regionu ölkələri kimi müəyyən edilib. Öz növbəsində, Birol 2023-cü ildə qalıq yanacaq dövrünün sonunun başlayacağını proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər