13 C
Baku
Saturday, May 4, 2024

IEA dünyada qazın “qızıl dövrünün” başa çatacağını proqnozlaşdırıb

Beynəlxalq Enerji Agentliyi (IEA) təbii qaza tələbatın azalacağını proqnozlaşdırıb. Agentlik bu barədə özünün “World Energy Outlook 2023” hesabatında bildirib.

Hesabata görə, bir sıra mayeləşdirilmiş təbii qaz (LNG) layihələri 2025-ci ildə fəaliyyətə başlayacaq və 2030-cu ilə qədər ildə 250 milyard kubmetrdən çox resurs verəcək. Bu, bugünkü qlobal LNG tədarükünün təxminən 45%-nə bərabərdir. Ssenariyə görə, ümumi həcmin 60%-i ABŞ və Qətərin payına düşəcək.

Artan tutum LNG-nin maya dəyərini azaldacaq, eyni zamanda tələbi üstələyərək bazarı həddindən artıq “doyurmaq” riski yaradacaq. Hazırda enerjinin əsas istehlakçısı olan Çin iqtisadiyyatını yenidən formalaşdırır ki, bu da enerji bazarına təsir edəcək.

Qeyd olunur ki, Rusiya təbii qazının satışına qoyulan məhdudiyyətlərdən sonra bazarda qeyri-sabitlik müşahidə olunub və bu səbəbdən təhlükəsizlik və qiymət artımı ilə bağlı narahatlıqlar yaranıb. Bununla belə, yeni layihələrin işə salınmasından sonra Rusiyanın beynəlxalq qaz ticarətində 2021-ci ildə 30% olan payı 2030-cu ilə qədər iki dəfə azalacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər