2 C
Baku
Saturday, December 14, 2024

IEA: Hindistan 2030-cu ilə qədər dünyanın ən böyük neft istehlakçısı olacaq

Beynəlxalq Enerji Agentliyi (IEA) yeni hesabatında 6 ildən sonra – 2030-cu ilə qədər Hindistanda neftə tələbatın sutkada 1.2 milyon barel artacağını və bu, qlobal tələbat artımının təxminən üçdə birini təşkil edəcəyini proqnozlaşdırır, “Business Insider” yazır.

Artıq 2023-cü ildə Hindistan dünyanın ikinci ən böyük xalis xam neft idxalçısı olub, Çində isə bir sıra digər ölkələrdə olduğu kimi, iqtisadi artım yavaşlayır.

Analitiklərə görə, Hindistanın iqtisadiyyatı yüksələn demoqrafik göstəricilərlə birlikdə böyüməyə davam edəcək. Sənaye sektoru 2030-cu ilə qədər ölkənin neft tələbi artımının təxminən yarısını təmin edəcək.

Eyni zamanda, Çin iqtisadiyyatı daşınmaz əmlak sektorunun çökməsi və xarici investorların ölkənin fond bazarından qaçması fonunda COVID-19-dan heç vaxt tam bərpa ola bilməyəcək, durğunlaşacaq.

Son xəbərlər
Digər xəbərlər