7 C
Baku
Sunday, December 15, 2024

IEA: “OPEC+” ölkələri ötən ay hasilatı azaldıb

Razılaşmada iştirak edən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri iyun ayında gündəlik neft hasilatını 1,14 mln. barel azaldaraq, 35,9 mln. barelə endiriblər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında istinadən xəbər verilir.

Hesabata əsasən, alyansın kvotaları olan 19 üzv ölkəsi may ayında gündəlik 35,9 mln. barel hasil edib, iyul ayında isə bu göstərici 37,04 mln. təşkil edib. Beləliklə, hesabat dövründə gündəlik hasilat 1,14 mln. barel azalıb. Eyni zamanda, alyans üzrə kvota göstəricisi (39,57 mln. barel) ilə real gündəlik hasilat arasında fərq 3,67 mln. barel təşkil edib.

Bundan başqa, bütün 23 “OPEC+” ölkəsində (kvotadan azad edilmiş razılaşma iştirakçıları da daxil olmaqla) neft hasilatı iyul ayında 1,23 mln. barel azalaraq, 42,46 mln. barel təşkil edib

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

Xatırladaq ki, aprel ayında “OPEC+”-ın bir neçə üzvü, o cümlədən Səudiyyə Ərəbistanı, iclasdan bir müddət əvvəl, könüllü olaraq, kvotaları aşaraq, may ayından ilin sonuna kimi gündəlik hasilatı 1,66 milyon barel azaltdıqlarını elan ediblər. Həmçinin Ər-Riyad iyul və avqust aylarında gündəlik hasilatı 1 milyon barel, Əlcəzair isə avqustda 20 min barel azaltmaq qərarına gəlib. Rusiya da öz növbəsində avqust ayında gündəlik neft ixracını 500 min barel azaldacağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər