9 C
Baku
Friday, December 13, 2024

IEA: “OPEC+” ölkələri ötən ay neft hasilatının azaldıb

Neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmaya əsasən öhdəlikləri olan “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri aprel ayında neft hasilatını sutkada 400 min barel azaldıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilir.

“Kvotası olan 19 iştirakçının (“OPEC+” sövdələşməsi iştirakçıları – red.) gündəlik hasilatı fevralda 400 min barel azalaraq, 37.6 mln. barelə enib”, – hesabatda qeyd olunur.

Eyni zamanda, OPEC+” ölkələrinin aprel ayı üçün hasilatın hədəf səviyyəsi sutkada 40.1 mln. barel təşkil edib. Beləliklə, plandan geri qalma təxminən 2.5 mln. barel səviyyəsində olub.

“OPEC+” 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9.7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı – avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.

Bundan əlavə, may ayından etibarən bəzi “OPEC+” razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1.66 mln. barel azaldacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər