10 C
Baku
Wednesday, December 11, 2024

İEA: “Yanvarda Rusiyanın neft və qaz satışından gəlirləri 38% azalıb”

Bu ilin yanvar ayında Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər 38% azalıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Hesabata görə, Rusiya neftinə qarşı sanksiyaların qüvvəyə minməsi və qazın birja qiymətlərinin aşağı düşməsi fonunda Rusiyanın neft və qaz gəlirləri 38 % azalaraq 18,5 milyard ABŞ dolları təşkil edib.

İEA-nın icraçı direktoru Fatih Birolun sözlərinə görə, 2022-ci ilin yanvarında Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər 30 milyard ABŞ dolları səviyyəsində olub: “Yəni sanksiyaların tətbiqindən müəyyən uğurlar qeydə alına bilər”.

F. Birolun fikrincə, yaxın aylarda Rusiyanın gəlirləri daha da azalacaq: “Çünki texnologiya və investisiya imkanlarının olmaması ona təsir edəcək”.

Son xəbərlər
Digər xəbərlər