7 C
Baku
Thursday, December 12, 2024

IEF: “Son 2 ildə neft-qaz hasilatına investisiyaların həcmi 25 % azalıb”

Son iki ildə neft-qaz hasilatı sektoruna yatırılan investisiyaların həcmi təxminən 25 % azalıb.

Banker.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Forumunun (IEF) Baş katibi Cozef Makmoniqlen Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

“Təbii ki, buna səbəb göstərən amillər arasında da COVID-19 pandemiyası da var. Amma düşünürəm ki, bundan sonra da hasilat sektoruna ayrılacaq investisiyalar 25 milyard ABŞ dolları civarında olaraq qalacaq”, – C. Makmoniqlen qeyd edib.

Onun sözlərinə görə, gündəlik neftə təlabatın 90 milyon barel olaraq qalması hələ də “qara qızıl”a tələbatın yüksək səviyyədə olmasını göstərir.

C.Makmoniqlen hesab edir ki, neftə olan tələbat getdikcə artacaq:

“Hazırda neftə gündəlik tələbat 90 milyon barel olsa da bunun 100 milyon barelə çatacağını proqnozlaşdırırıq. Bu isə bizə imkan yaradır ki, bir neçə məsələlərə fikir verək. Çünki bazarda artıq neft ola bilər və enerji keçidi dövründə karbon emissiyasının azaldılmasına diqqət yetirilməlidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər