14 C
Baku
Thursday, March 28, 2024

IFO qlobal biznes mühitinin pisləşdiyini deyir

Mərkəzi Almaniyanın Münhen şəhərində yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (IFO) bu ilin IV rübü üçün biznes mühiti indeksini (WES) açıqlayıb. 

İndeks 117 ölkədən 2 230mütəxəssisin iştirakı ilə hazırlanıb və qlobal biznes mühitinin pisləşdiyini üzə çıxarıb. 

Belə ki, III rüb üçün indeks -10,1 bal təşkil etdiyi halda, IV rüb üçün -18,8 bala düşüb. Bu, 2009-cu ilin II rübündən bəri ən aşağı həddir. 

IFO-nun rəhbəri Klemens Faust bildirib ki, indeksin hazırlanmasında iştirak etmiş mütəxəssislər dünyada fərdi istehlakın azalacağını, ticarət və investisiya fəaliyyətlərnin zəifləyəcəyini gözləyir: “Odur ki, bu ilin yazı ilə müqayisədə makroiqtisadi tələbi və innovasiyaları qeyri-kafi qiymətləndirən mütəxəssislərin sayı artıb”. 

Son xəbərlər
Digər xəbərlər