17 C
Baku
Friday, May 3, 2024

IGB Bolqarıstanın milli təbii qaz ötürücü şəbəkəsinə qoşulub

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Bolqarıstanın milli təbii qaz ötürücü şəbəkəsinə qoşulub.

Bolqarıstanın iki müstəqil təbii qaz kəməri operatoru – ICGB ilə “Bulgartransgaz”ın infrastrukturunun birləşdirilməsi Stara Zaqora yaxınlığında həyata keçirilib.

IGB həm də bu kəmərinin keçdiyi iki ölkədəki operatorlara bağlıdır və buna görə də təbii qazın obyekt vasitəsilə fiziki nəqli hazırda texniki cəhətdən təmin olunub.

IGB Trans-Adriatik Qaz Boru Kəməri (TAP), Trans-Anadolu Qaz Boru kəmərinin (TANAP) və Aleksandrupolis (Yunanıstan) yaxınlığındakı Mayeləşdirilmiş Təbii Qaz Terminalı kimi digər böyük layihələrlə sinerji şəklində inkişaf edir. Bu layihə, xüsusilə Cənub-Şərqi Avropa regionunda bir çox yeni bazarlara çıxış imkanı verəcək.

Yunanıstandan Bolqarıstan istiqamətinə uzanan IGB kəmərinin ötürücülük gücü milyard kubmetrdir. Bu göstərici 5 milyard kubmetrə qədər artırıla bilər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər