8 C
Baku
Thursday, December 12, 2024

IGB interkonnektoru TAP-a qoşulub

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qaz nəql ediləcək Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub.

Birləşmə Komotinidəki qaz ölçmə stansiyasının mövcud TAP infrastrukturuna iki qızıl qaynaqla birləşdirilməsi ilə tamamlanıb.

“IGB işə salındıqdan sonra bu qoşulma əvvəlcə Bolqarıstanı ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm 3 milyard kubmetrə qədər artacaq ki, bu da interkonnektorun hazırkı gücünə uyğundur”, – operator vurğulayıb.

Bolqarıstanın BEH, Yunanıstanın DEPA və İtaliyanın “Edison” şirkətlərinin birgə müəssisəsi olan ICGB-dən daha əvvəl bildirilmişdi ki, interkonnektorun kommersiya fəaliyyətinə başlaması 2022-ci ilin iyulunda baş tutacaq və bu, Bolqarıstana təkcə Azərbaycan qazını almağa deyil, həm də onu Yunanıstanın LNG terminallarından nəql etməyə imkan verəcək, bu isə Rusiyanın ölkənin qaz bazarındakı monopoliyasını aradan qaldıracaq.

Eyni zamanda layihənin ikinci mərhələsi təklif edilib ki, bu da kəmərin ötürücülüyünü ildə 5 milyard kubmetrə çatdıracaq.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.

TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər