Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB ) vasitəsilə Azərbaycandan təbii qaz tədarükünü 1.2 milyard kubmetrə qədər artırılması ilə bağlı razılaşma var.
Bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (ESTK) sədri İvan İvanov deyib.
Komissiya rəhbəri qeyd edib ki, Bolqarıstan hazırda IGB vasitəsilə Azərbaycandan 1 milyard kubmetr təbii qaz alır: “Təbii ki, lazım gələrsə, həcmin daha da artırılması üçün həll yolu tapacağıq”.
Onun sözlərinə görə, Bolqarıstan üçün Azərbaycan və Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çox vacibdir: “Bolqarıstan üçün tədarükün şaxələndirilməsini təmin etmək və ölkənin təbii qaz bazarında sağlam rəqabətə nail olmaq çox vacibdir”.