11 C
Baku
Tuesday, November 5, 2024

Ikea şəxsi kredit kartını yaradır

Banker.az xəbər verir ki, mebel və digər ev, ofis əşyalarının istehsalı üzrə ən məşhur şirkətlərdən biri olan Ikea ABŞ-da öz müştərilərinə brend kredit kartını təklif edəcək. Layihə СоAlliance Data Systems ilə birgə işə salınacaq.

Şirkətlər layihə çərçivəsində loyallıq proqramı yaradacaq ki, sözügedən bu proqram da alış-veriş haqqında məlumatları istifadə edəcək və bunun əsasında Ikea müştərilərinə daha aktual təklif və endirimlər təklif edəcək.

Kartdan həm mağazanın şəbəkələrində hesablaşmalar, həm də digər xərclər üçün istifadə etmək mümkün olacaq. Plastik kart üçün illik abunəlik haqqı nəzərdə tutulmayıb.

Bundan əlavə, Ikea hipermarketdə daha geniş miqyaslı alış-veriş etməyi planlaşdıranlar üçün xüsusi təkliflər hazırlayır. Məsələn, məhsulların daha sərfəli maliyyələşdirilməsi şərtləri.

 

Son xəbərlər
Digər xəbərlər