-1 C
Baku
Saturday, December 14, 2024

İki illik dövlət istiqrazlarının gəlirliliyi 7.11%-ə düşüb

20 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201070049 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 94.6187 (9%) manat və 100.00 (6%) manat olan 40 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.6545 (7.8398%) manat, orta ölçülmüş qiyməti isə 97.9660 (7.1089%) manat müəyyən edilmişdir. Uzun müddətdir bu istiqrazlar üzrə hərrac keçirilmirdi. Sonuncu dəfə 14 noyabr 2023-cü ildə 8.02% təşkil etmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269,811,200 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17.02.2026-cı ildir.

Hərrac iştirakçıları 21 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər